DGK İDMAN-SAĞLAMLIQ MƏRKƏZİNİN 10 İDMANÇISINDAN 7-Sİ MEDAL QAZANIB

Dövlət Gömrük Komitəsi İdman-Sağlamlıq Mərkəzinin boks üzrə ölkə çempionatına qatılan 10 idmançısından 7-si medalla təltif olunub.
Azərbaycan Boks Federasiyasının idman sarayında baş tutan yarış 19 yaş və daha böyüklər arasında keçirilib. Çempionatı Gənclər və İdman Nazirliyi ABF ilə birlikdə təşkil edib.
Çempionatda 146 idmançı arasında gərgin keçən mübarizədə DGK İdman-Sağlamlıq Mərkəzinin təmsilçilərindən - Məhəmməd Abdullayev (+92 kq) qızıl, Amin Kuşkov (75 kq) və İlqar Salahov (67 kq) gümüş, Cəbrayıl Elikov (80 kq), Fariz Süleymanov (67 kq), Eldəniz Baxşıyev (60 kq) və TacəddinMəmmədov (51 kq) bürünc medallar qazanıblar.
DGK İdman-Sağlamlıq Mərkəzinin boks üzrə yığma komandası ümumi hesabda 38 komanda arasında 4-cü yeri tutub.



Xəbərlər  Tarix:   29 Okt 2022 / 13:03


« Əvvəlki xəbər (88 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR