“Be Active” devizi ilə keçirilən Avropa idman həftəsinin ikinci günündə voleybol və atletika yarışları keçirilib

Avropa komissiyasının təşəbbüsü, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Lənkəran Olimpiya İdman Kompleksində “Be Active” devizi ilə keçirilən Avropa idman həftəsinin ikinci günündə voleybol və atletika yarışları keçirilib.
Kişilər arasında voleybol yarışında Masallı komandası qalib gəlib. Saatlı 2-ci, Astara isə 3-cü yeri tutub.
Atletika yarışlarında isə müxtəlif proqramlar üzrə ilk üç yeri aşağıdakı idmançılar tutublar:
Tullanma, qızlar: Sonaxanım Mirzəyeva (1.7 m, Astara), Aylin Quliyeva (1.65 m, Masallı), Fidan Ağayeva (1.45 m, Masallı) – 1.45;
Tullanma, oğlanlar: Toğrul Xəlilov (2.48 m, Masallı), Rüfət Məmmədov (2.36 m, Astara), Ağaəddin Kərimli (2.33 m, Biləsuvar);
Topatma, qızlar: Aylin Quliyeva (6.3 m, Masallı), Leyla İbrahimova (5.8 m, Masallı), Fidan Ağayeva (5.40, Masallı);
Topatma, oğlanlar: Tural Ağazadə (12.30 m, Yardımlı), Elçin Həsənov (12.30 m, Ağcabədi), Elsun Mayılov (11.50 m, Biləsuvar) – 11.50;
Qaçış, 100 m, qızlar: Sonaxanım Mirzəyeva (16.10, Astara), Aylin Quliyeva (17.40, Masallaı), Fatimə Məmmədli (17.70, Astara);
Qaçış, 100 m, oğlanlar: Rüfət Məmmədov (12.00, Astara), Ağaəddin Kərimli (12.07, Biləsuvar), Eşqin Əlizadə (13.00, Lənkəran).



Xəbərlər  Tarix:   31 Okt 2022 / 13:39


« Əvvəlki xəbər (83 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR