“Bir ağac - min nəfəs”

Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Təmiz Şəhər” ASC və BRAVO marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə 5 noyabr 2022-ci il tarixində saat 11:00-da Sumqayıt Bravo supermarketin qarşısında ağac tinglərinin paylanılması aksiyası keçiriləcək.
Tullantıları tinglərə dəyişin:
plastik (minimum 10 litr həcmində);şüşə (minimum 5 litr həcmində);kağız; və ya işlənmiş batareya (minimum 3 ədəd) tullantılarını təhvil verərək əvəzində ting əldə edin.
Hər kəsi aksiyada fəal iştirak etməyə, təbiətə fayda verəcək bu aksiyadan yararlanmağa çağırırıq. Əldə etdiyiniz tinglərin əkin şəkillərini sosial şəbəkələr vasitəsilə bizimlə bölüşə bilərsiniz.
Ünvan: Sumqayıt şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 2 - Sumqayıt Bravo



Xəbərlər  Tarix:   4 Noy 2022 / 14:08


« Əvvəlki xəbər (76 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR