Zümrüd-M prodakşın ''Qızıl zəfər'' tədbiri

8 Noyabr, bu gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır .
Cənab Ali Baş Komandanımız İlham Əliyevin və məğlub edilməz Azərbaycan ordusunun, Azərbaycanın qəhrəman oğullarının sücaəti nəticəsində 30 ildən artıq bir zamanda erməni vandaliziminin işğalı etdiyi o müqəddəs torpaqları öz canları, qanları bahasına yenidən Azərbaycan xalqına bəxş etdilər
Bu gün artıq biz, bir xalq olaraq ölkəmizin bütün şəhər və rayonlarında geniş tədbir proqrasmları həyata keçiririk bu tədbir proqramlarından biridə 7 noyabr 2022-ci ildə əzəmətli “Qədim Xanlar” restoranında baş tutan “Qızıl Zəfər” tədbiri olmuşdur.Tədbirin ərsəyə gəlməsində “Zümrüd –M “Prodakşının rəhbəri Zümrüd Məcidova və tanınmış televizya rejissoru və aparıcısı Emil Bayramzadənin böyük əməyi olmuşdur.
Hər iki tanınmış simanın dəvəti ilə bir çox Şəhid Ailələri, Qazilər, İctimai xadimlər,incəsənət nümayəndələri,jurnalistlər və s nüfuzlu şəxslər iştirak etmişdirlər.Xüsusi qonaqlar arasında tanın televiziya aparıcısı və xeyriyyəci Hacı Nuran o cümlədən Dövlət Komitəsinin yerində ictimai birliyinin sədr müavini islahatlara dəstək mərkəzi ictimai ictimai birliyinin sədri Elçin Axundxadə,həmçinin İnkişafa və sosial inam sosial İnkişaf birliyinin Sədri Vüsal Əliyev ,həmçinin Əməkdar artist Sevinc Sarıyeva və tanınımış müğənni Ramil Sədalı,Ayxan rəqs qrupu da iştirak etmişdir.etmişdir.
Tədbirin bütün İnformasiya dəstəyi “Uğur Media.az” saytına məxsus idi.
Saytın Rəhbəri Tərlan Abbasov da , həmin tədbirdə iştirsak etmişdir. O, ”Qızıl Zəfər” mükafatı və digər hədiyyələrlə təltif olunmuşdur.
Tərlan Abbasov öz növbəsində, Azərbaycan xalqını bayram münasibəti ilə təbrik etmişdir, Şəhidlərimizə Allahdan rəhmət ,Qazilərimizə can sağlığı,Şəhid ailələrinə səbr diləmişdir.
Tədbir bir çox brend şirkətlərin “Otto Art” reklam və dizayın şirkətinin “Qədim Xanlar “ ailəvi resstoranının “Dünya Market” marketlər şəbəkəsinin, “Iydə” Parfium ətir dünyasının, “Bambi” yataq dəstinin, “Nazlı “Şirniyyat evinin””Fuad “Kimya mərkəzinin “Gülşən “ Naxış moda evinin maddi və mənəvi dəstəyi ilə dahada rəngarəng keçmişdir.
Bizdə “Uğur Media.az” kollektivi olaraq bir daha Azərbaycan xalqını bu müqəddəs bayram münasibəti ilə təbrik edirik.



Xəbərlər  Tarix:   9 Noy 2022 / 15:25


« Əvvəlki xəbər (65 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR