Dünya Bankı ilə yeni layihələrin icrası müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və Bankın Azərbaycan üzrə ölkə meneceri xanım Sara Mayklla görüşüb.
Görüşdə iqtisadiyyat naziri Dünya Bankı ilə səmərəli əməkdaşlığı və əlaqələrin çoxşaxəliliyini vurğulayıb, Bankla birgə həyata keçirilən layihələrin, hazırlanan analitik sənədlərin Azərbaycan iqtisadiyyatının dayanıqlı və davamlı inkişafının təmin olunması, iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun inkişafı, investisiyaların artırılması kimi məsələlərə yönəldiyini qeyd edib. Nazir Dünya Bankı ilə potensial əməkdaşlıq sahələri, qurumun növbəti illər üzrə Azərbaycanda fəaliyyət istiqamətləri barədə fikirlərini bölüşüb.
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus Bankın biznes mühiti, innovasiyalar, sahibkarlığın inkişafı və digər sahələrdə təcrübəsini diqqətə çatdırıb, Azərbaycanda aparılan iqtisadi islahatların Bank tərəfindən dəstəkləndiyini vurğulayıb.
Görüşdə Azərbaycanla əməkdaşlığın genişləndirilməsi və yeni təşəbbüslər üzrə perspektivlər müzakirə olunub.



Xəbərlər  Tarix:   16 Noy 2022 / 13:48


« Əvvəlki xəbər (54 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR