Balakəndə maarifləndirmə tədbiri keçirilib

Noyabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti və rayon Gənclər Evi Sosial Xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Ruslan Əfəndiyev, Balakən Rayon İcra Hakimiyyətinin nümayəndəsi Gültac Əfəndiyeva, rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Nurlan Şibliyev, müəllimlər, yuxarı sinif şagirdləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı ölkəmizdə insan hüquq və azadlıqlarının tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsinin daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu qeyd edilib. Gender əsaslı zorakılıqla mübarizə sahəsində beynəlxalq və respublika səviyyəsində görülən işlərdən bəhs olunub, dövlətin bu sahədə gördüyü işlər vurğulanıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



Xəbərlər  Tarix:   16 Noy 2022 / 15:11


« Əvvəlki xəbər (47 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR