Niderlandda Fikrət Əmirovun xatirəsinə hazırlanmış poçt markası dövriyyəyə buraxılıb

Niderlandın Amsterdam şəhərində görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr olunmuş poçt markaları çap edilib.
Markalar diaspor fəalı Səltənət Rəvanqızının "Azərbaycan inciləri" layihəsi çərçivəsində Niderlandın rəsmi poçt rabitəsinin PostNL milli operatoru tərəfindən buraxılıb.Markaların üzərində Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirovun təsviri yerləşdirilib, “Fikrət Əmirov – 100” və “Azərbaycanlı bəstəkar” sözləri yazılıb.
Qeyd edək ki, bu layihə çərçivəsində indiyədək Azərbaycanın dahi şəxsiyyətlərinin, görkəmli siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin xatirəsinə poçt markaları buraxılıb.
Səltənət Rəvanqızı 2004-cü ildən Niderlandda yaşayır.



Xəbərlər  Tarix:   18 Noy 2022 / 11:24


« Əvvəlki xəbər (37 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR