Dmanisi Tədris Mərkəzində Zəfər Günü qeyd edilib

Gürcüstanda fəaliyyət göstərən Dmanisi Tədris Mərkəzində Azərbaycanın Qarabağ Zəfərinin ikinci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Öncə torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.
Tədbir iştirakçılarını salamlayan layihə rəhbəri Kamran Xıdırov möhtəşəm bayram münasibətilə soydaşlarımızı təbrik edib, Zəfər Gününün tarixi əhəmiyyətindən danışıb. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Gürcüstana son səfərini xatırladan layihə rəhbəri ölkələrimiz arasında strateji tərəfdaşlıq və dostluq əlaqələrinin yüksək səviyyədə inkişafından danışıb. Tədris Mərkəzində həyata keçirilən layihənin də bu dostluq əlaqələrinin möhkəmləndirilməsi məqsədinə xidmət etdiyi bir daha vurğulanıb.
Tədbir mərkəz şagirdlərinin ifasında Azərbaycana və Zəfər Gününə həsr olunmuş şeirlər səsləndirilməsi ilə davam edib.
Sonra şagirdlərə sertifikatlar və təşəkkürnamələr təqdim edilib.
Tədbirin sonunda Kamran Xıdırov bu layihəni dəstəklədiyi üçün dmanisililər adından Diasporla İş üzrə Dövlət Komitəsinə xüsusi minnətdarlığını bildirib.



Xəbərlər  Tarix:   18 Noy 2022 / 11:29


« Əvvəlki xəbər (36 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR