Azərbaycandakı müsəlman və qeyri-müsəlman dini icmalarları Beynəlxalq Tolerantlıq Günü münasibətilə tədbirlər keçiriblər

Azərbaycanda yaşayan müsəlman və qeyri-müsəlman dini icmalarının üzvləri 16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü münasibətilə tədbirlər keçiriblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə İsmayıllı şəhər “Cümə” məscidində keçirilən tədbirdə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Aydın Səmədov, Qafqaz Müsəlmanları İdarəsinin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Qaya Xalıqov, İvanovka kənd Molokan ruhani-xristian dini icmasının üzvləri və din xadimləri, Qobustan rayonunda baş tutan tədbirdə isə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və hümanitar məsələlər şöbəsi müdir müavini Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə​ şöbəsinin əməkdaşı Nahid Babaşov, Xilmilli kənd Molokan ruhani - xristian dini icmasının sədri və üzvləri, eləcə də müsəlman dini icmasının sədrləri iştirak ediblər.
Daha bir tədbir Oğuz rayonunda keçirilib. Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin məsləhətçisi Samir Salehov, Yeni Azərbaycan Partiyası Oğuz Rayon Təşkilatının sədr müavini Mehman Ramazanov, Şəki Regional Mədəniyyət İdarəsinin aparıcı məsləhətçisi Elvin Qarayev, rayonun müsəlman və qeyri-müsəlman dini icmalarının nümayəndələri, din xadimləri və ziyalılar iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, Azərbaycanda bütün dövrlərdə müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayıblar. Vurğulanıb ki, müasir dünyamızda çoxkonfessiyalı və çoxmillətli Azərbaycan bu ənənələrə sadiqdir və bu ən böyük sərvətlərdən biridir.



Xəbərlər  Tarix:   18 Noy 2022 / 11:52


« Əvvəlki xəbər (32 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR