Qazax rayon gəncləri arasında keçirilən intellektual yarış başa çatıb

Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Əsrə bərabər 44 gün" layihəsi çərçivəsində Qazax rayon gəncləri arasında keçirilən intellektual yarış başa çatıb.
"Nə? Harada? Nə zaman?" formatı üzrə reallaşan bilik yarışının yekun nəticələrinə əsasən, suallara ən çox düzgün cavab verən "GFG" komandası yarışın qalibi olub."Hürufilər" komandası ikinci, "Drakarys" komandası isə üçüncü yerlərdə qərarlaşıblar. Qalib komandalar kubokla, komandaların üzvləri isə müvafiq diplom və medallarla təltif olunublar.



Xəbərlər  Tarix:   19 Noy 2022 / 12:28


« Əvvəlki xəbər (26 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR