20 yanvar tədbir

20 yanvar 2023 cü il tarixində Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədov və sədr müavini Nərmin Səfərovanın təşkilatçılığı ilə adı gedən birliyin Nərimanov rayon ofisində Milli Qəhrəman və Vətən Qəhrəmanları ailələri ilə tədbir keçirildi. Tədbirdə məqsəd Qanlı 20 yanvar faciəsinin 33 illini yad edib, bizlərə 20 yanvar faciəsinin qanlı qərənfillərini 8 noyabr qələbəsində Xarı bülbülə çevirən oğulların valideyinlərinə və həyat yoldaşlarına öz təşəkkürümüzü bildirmək idi. Tədbirdə Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlının imzası ilə Qəhrəmanlarımızın Anaları Qəhrəman Ana həyat yoldaşları isə fədakar həyat yoldaşı fəxri fərmanları ilə təltif edildi. Allah Şəhidlərimizin məqamlarını uca eləsin. Ugurmedi.az-ın Filial rəhbəri Mətanət Akifqızı



Öz xəbərlərimiz  Tarix:   22 Yan 2023 / 20:48


« Əvvəlki xəbər (21 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR