Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində bəzi yerlərdə yağan yağış nəticəsində respublikanın əsasən Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 30-90, Lənkəran-Astara bölgəsi çaylarında isə sululuq ongünlük normanın 110-190 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Aprelin 01-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 200 m3/s olmaqla, ongünlük normanın 43 faizini təşkil edir. 2018-ci ildə bu rəqəm 518 m3/s olmaqla, ongünlük normanın 110 fazini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 15 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 96 m3/s olmaqla, ongünlük normanın 70 faizini təşkil edir. 2018-ci ildə bu rəqəm 200 m3/s olmaqla, ongünlük normanın 145 faizini təşkil edib.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Aprelin 01-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 35, Salyanda 20, Araz çayının Novruzlu məntəqəsində 10 sm artım, Şirvanda 4 sm azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 388 sm (2018-ci il aprelin 01-də 326 sm), Şirvanda 163 sm (2018-ci il Aprelin 01-də 151 sm), Salyanda 127 (2018-ci il aprelin 01-də 83 sm), Bankədə 167 sm (2018-ci il aprelin 01-də 171 sm), Araz çayının Novruzlu məntəqəsində isə 60 sm (2018-ci il aprelin 01-də 42 sm) təşkil edir.



Xəbərlər  Tarix:   1 Apr 2019 / 23:35


« Əvvəlki xəbər (6143 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR