Rostislav Pevtsov akvatlon üzrə dünya çempionu oldu

Rostislav Pevtsov İspaniyanın Pontevedra şəhərində keçirilən akvatlon üzrə dünya çempionatında birinci yeri tutub. İdmançımız həm də cari ilin payızında ABŞ-ın San-Dieqo şəhərində Dünya Çimərlik Oyunlarına vəsiqə qazanıb.
R.Pevtsov yarışın 1 kilometrlik su mərhələsini 12 dəqiqə 54 saniyəyə başa vurub. O, yarışın sonuncu mərhələsi – 2,5 kilometr məsafəyə qaçış üzrə isə 14 dəqiqə 59 saniyəlik nəticə göstərib.
İdmançımız 57 triatlonçunun mübarizə apardığı yarışı 28 dəqiqə 57 saniyəlik nəticə ilə başa vurub.
Dünya çempionatında çıxış edən yığmamızın digər üzvü Kseniya Levkovskaya isə finişə 6-cı çatıb.



Xəbərlər  Tarix:   3 May 2019 / 15:44


« Əvvəlki xəbər (5800 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR