Heydər Əliyev Kuboku uğrunda "Nakhchivan Open" beynəlxalq karate-do tirniri keçiriləcək

4-5 may tarixlərində Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Heydər Əliyev Kuboku uğrunda "Nakhchivan Open" beynəlxalq karate-do tirniri keçiriləcək.
Azərbaycan Gənclər və İdman Nazirliyi, Naxçıvan Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Milli Karate Federasiyası və Naxçıan Karate-do Federasiyasının birgə təşkil etdiyi yarışda 6-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 yaşlı və 18-20 yaşlı gənclər iştirak edəcək.
İlham Əliyev adına Naxçıvan Olimpiya İdman Kompleksində açıq beynəlxalq yarışda 10-dək ölkədən idmançıların iştirakı gözlənilir.



Xəbərlər  Tarix:   3 May 2019 / 15:56


« Əvvəlki xəbər (5799 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR