Tələbə-könüllülər yeni aksiyaya başlayır

“BİR” tələbə-könüllülərinin təşəbbüsü ilə “Şuşa yalnız xatirələrdə qalmasın” adlı aksiyaya start verilir.
Aksiyanın məqsədi işğalından 27 il ötən Şuşanı tanıtmaq, tələbə-könüllülərin milli ruhunu və vətən sevgisini ön plana çıxarmaqdır.
Aksiya çərçivəsində “BİR” tələbə-könüllülər Şuşa ilə bağlı faktları, xatirələri, şəkilləri, videoları ictimaiyyətin diqqətinə çatdıracaqlar.
Mayın 9-dək davam edəcək aksiyaya qoşulan hər kəs Şuşa haqqında fakt, şəkil, xatirə və ya hər hansı bir mətni #birşuşaxatirəsi və #shushamemories həştəqləri ilə sosial şəbəkədəki şəxsi səhifələrində paylaşacaqlar.
Aksiya çərçivəsində şuşalıların doğma yurdları ilə bağlı xatirələrinin əks olunduğu videoçarx hazırlanacaq. Hər kəs aksiyaya qoşulmağa dəvət olunur.
Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 21 000-dən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. “BİR” könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.



Xəbərlər  Tarix:   3 May 2019 / 20:38


« Əvvəlki xəbər (5784 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR