Heydər Əliyev Sarayında 15 iyun -Qurtuluş Gününə həsr olunmuş bayram konserti keçiriləcək

İyunun 13-də təqdim olunacaq “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” adlı konsert proqramında respublikamızın sevilən və tanınmış sənətkarları Xalq artistləri Flora Kərimova, Mübariz Tağıyev, Aftandil İsrafilov, Faiq Ağayev, Könül Xasıyeva, Əməkdar artistlər Cabir Abdullayev, Bəsti Sevdiyeva, Nuriyyə Hüseynova, Almaz Orucova, Səlim Abbasov, Elza Seyidcahan, tanınmış müğənnilər Nazim Faytonçu, Nərmin Kərimbəyova, Pərviz Bülbülə -Türkan Vəlizadə, Niyam Salami, Aygün İskəndərli, Anara Məmmədova, İlkin Fuad, Elxan Qaraxanoğlu, Murad Sadıx, Aygün Ağayeva, Samirə Əfəndi, Aşıq Namiq Fərhadoğlu və Azərbaycan Dövlət Rəqs Ansamblı iştirak edəcəklər. Konsertin aparıcısı Elcan Rəsulovdur.
Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.



Xəbərlər  Tarix:   6 May 2019 / 21:20


« Əvvəlki xəbər (5742 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR