Tokio 2020-yə ilk lisenziya xalları qazanıldı

Türkiyədə Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “Tour of Mesopotamia” yarışına yekun vurulub. 4 mərhələdən ibarət velotur Elit yığma komandamızın üzvü Elçin Əsədov üçün uğurlu nəticə ilə yadda qalıb.
Yarış mərhələlərində müvafiq olaraq 11, 10, 13 və 29-cu olan təmsilçimiz bununla da ümumi təsnifatda 10-cu yeri tutub və ölkə reytinqinə Tokio-2020 Yay Olimpiya Oyunları üçün 3 lisenziya xalı qazandırıb. Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayınadək davam edəcək.



Xəbərlər  Tarix:   7 May 2019 / 20:37


« Əvvəlki xəbər (5714 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR