Şuşa şəhərinin işğalının 27-ci ildönümü ilə ilə əlaqədar gənclərin onlayn fəaliyyət kampaniyasına start verilir

Kampaniya Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi həyata keçirilir.
Kampaniyanın keçirilməsində məqsəd Şuşanın işğalı ilə bağlı faktlar və Şuşa barədə məlumatları müasir informasiya-kommunikasiya texnologiyalarından və rəqəmsal media alətlərindən istifadə edərək dünya ictimaiyyətinə çatdırmaq, gəncləri bu istiqamətdə səfərbər etməkdir.
Kampaniya çərçivəsində 7 dildə (azərbaycan, rus, ingilis, fransız, çin, ispan və alman dillərində 10 poster hazırlanıb. Paylaşımlar zamanı #Shusha və #Shusha27 həştəqlərindən istifadə olunaraq, sosial şəbəkələr vasitəsi ilə kütləvi çağırışlar ediləcək və işğal faktları dünya ictimaiyyətinə çatdırılacaqdır.



Xəbərlər  Tarix:   7 May 2019 / 21:39


« Əvvəlki xəbər (5712 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR