Velosiped üzrə ümumtəhsil məktəbləri arasında Sumqayıt şəhər birinciliyinə yekun vuruldu

07 may 2019-cu il tarixində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin, şəhər Təhsil şöbəsinin və Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin birgə təşkilatçılığı ilə 28 nömrəli tam orta məktəbin stadionunda velosiped idman növü üzrə Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş ümumtəhsil məktəblərinin VII-VIII sinif şagirdləri arasında şəhər birinciliyi keçirilmişdir.
Birincilikdə şəhədə fəaliyyət göstərən orta tam ümumtəhsil məktəbləri, liseyləri və gimnaziyalarının 200-ə yaxın idmançısı qalib adı uğrunda mübarizə aparmışdır.
Gərgin və maraqlı idman mübarizəsində keçən yarışda 16 nömrəli tam orta məktəbin komandası, Texniki Təbiət Elimləri Liseyinin və 18 nömrəli tam orta məktəbin komandaları müvafiq olaraq birinci, ikinci, üçüncü yerləri tutmuşlar.
Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Fəxri Fərman, medal, kubok və hədiyyələrlə təltif olunmuşlar.



Xəbərlər  Tarix:   7 May 2019 / 21:50


« Əvvəlki xəbər (5711 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR