Maliyyə Nazirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib

Mayın 7-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib.
Mərasim iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Mərasimdə müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, vətən və xalq qarşısında tarixi xidmətlərindən, Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizin hər bir sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs olunub.
Çıxış edənlər bildiriblər ki, Azərbaycanda sosial-iqtisadi həyatın bütün sahələrində qazanılan nailiyyətlər ümummilli liderin adı ilə bağlıdır. Ulu öndərin dərin islahatlar strategiyası öz müsbət nəticələrini bütün sahələrdə olduğu kimi Maliyyə Nazirliyinin fəaliyyətində, eləcə də dövlət maliyyəsinin idarə olunması və büdcə sahəsində də bariz şəkildə göstərməkdədir. Məhz uzaqgörən siyasət nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı inkişafı üçün möhkəm zəmin yaradıb.
Bu gün müstəqil Azərbaycan dövlətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun olaraq yeni inkişaf dövrünü yaşadığını vurğulayan mərasim iştirakçıları son illərdə ölkəmizin qazandığı böyük nailiyyətləri qeyd ediblər.
Tədbir ulu öndərin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.



Xəbərlər  Tarix:   7 May 2019 / 22:24


« Əvvəlki xəbər (5706 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR