"Gəncsən? Başla!", "MəqsədliSən?!" kitablarının imza günü keçirilib

Suraxanı Gənclər Evi və Vision Academynin birgə təşkilatçılığı ilə Dr. dosent Nadir Adilovun müəllifi olduğu "Gəncsən? Başla!", "MəqsədliSən?!" kitablarının imza günü keçirilib.
Gənclərin işgüzar inkişafına dəstək məqsədi ilə yazılmış kitablarda müəllifin şəxsən tanıdığı insanların həyatlarındakı real hadisələr də yer alıb. Kitablar yeniyetmə və gənclər üçün nəzərdə tutulub. Qeyd edək ki, Nadir Adilov Azərbaycanda və xaricdə çap edilən 100-dən çox elmiməqalənin və 5 elmi əsərin müəllifidir.
Bununla yanaşı,Vision Academynin tanınmış ekspetlərinin iştirakı ilə “Uğurlu karyeraya gedən yol” Seminarı təşkil edilmişdir. Eyni zamanda gənclərin işgüzar inkişafı üzrə ingilis, rus, fransız, alman, yapon, çin, ərəb və.s xarici dilləriin öyrənilməsi, TOEFL, IELTS, SAT, YÖS, ALES, TYS, xaricdə təhsil, informasiya texnologiyaları, proqramlaşdırma və dizayn proqramları barədə geniş məlumat verilmişdir. Xaricdə təhsil almaq imkanları, ixtisas seçimi məsələlərində də gənclərlə geniş fikir mübadiləsi aparılıb.



Xəbərlər  Tarix:   8 May 2019 / 21:21


« Əvvəlki xəbər (5683 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR