Azərbaycan səhiyyəsində bir ilk

Mərkəzi Neftçilər Xəstəxanası ölkəmizdə səhiyyə sahəsində yeniliyə imza atıb.

Həmin səhiyyə müəssisəsində xəstələrə “Ağıllı xəstə qolbağı” paylanılıb. Həmin qolbağın köməyi ilə həkim planşet vasitəsilə xəstənin xəstəlik tarixçəsinə baxa bilər. Burada xəstənin bütün radioloji, laborator müayinələrinin nəticələri, diaqnozu və onu müalicə edən həkimin adı qeyd edilir. Həmçinin həkim planşetə əlavələrini qeyd edə bilər.

Bu texnologiya hazırda Mərkəzi Neftçilər Xəstəxanası ilə müqavilə əsasında çalışan “ESİM Yazılım” şirkətinin “OTOMATIP” Xəstəxana Məlumat Sistemi proqramı vasitəsilə həyata keçirilir.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı



Xəbərlər  Tarix:   8 May 2019 / 23:50


« Əvvəlki xəbər (5673 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR