“Tullantıdan sənətə”

Təhsil Nazirliyinin tabeliyindəki 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Tullantıdan sənətə” adlı tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd gənc nəslə ekoloji mədəniyyət və ətraf mühitin qorunması sahəsində xüsusi bacarıqları aşılamaqdır.
Sərgidə “Dekorativ rəsm” dərnəyinin üzvlərinin ekoloji mövzuda hazırladıqları 50-yə yaxın əl işi nümayiş olunub. Mərkəzin gənc rəssamları tullantılardan hazırladıqları geyimlərdən ibarət moda kolleksiyalarını təqdim ediblər.
Tədbirdə Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, AMEA-nın Zoologiya İnstitutu, AMEA nəzdində fəaliyyət göstərən Zooloji Muzey, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Dənizkənarı Bulvar İdarəsi, AMEA Mərkəzi Nəbatat Bağı və digər qurumların nümayəndələri iştirak ediblər.
Sonda dərnək üzvləri sərgidə fəal iştiraklarına görə diplomlarla təltif olunublar.



Xəbərlər  Tarix:   9 May 2019 / 00:02


« Əvvəlki xəbər (5672 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR