Musiqi Mədəniyyəti Dövlət Muzeyində ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr edilmiş tədbir keçirilib

Musiqi Mədəniyyəti Dövlət Muzeyində ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr edilmiş tədbir keçirilib
34
09.05.2019
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96 illiyi qeyd olunmuşdur.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova “Milli mədəniyyətimizin himayədarı” mövzusunda çıxış etmişdir.
Muzeyin Qədim Musiqi Alətləri Ansamblının, ansamblın solisti, Azərbaycan Respublikasının Əməkdar artisti Nuriyyə Hüseynovanın, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti Rövşən Qəhrəmanovun (vokal), Coşqun Qadaşovun ifalarında konsert proqramı təqdim olunmuşdur.
Tədbir “Heydər Əliyev-Azərbaycan mədəniyyətinin hamisi” sənədli filminin nümayişi ilə davam etmişdir.
* * *
Həmin muzeydə daha bir tədbir təşkil olunub.
Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi ilə birgə faşizm üzərində qələbə gününə həsr olunmuş konsert keçirilib.
Muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və Həştərxan Dövlət Filarmoniyasının bədii rəhbəri Natalya Dolqix giriş sözü ilə çıxış etmişlər.
Konsertdə Həştərxan Dövlət Filarmoniyasının solistləri, Beynəlxalq Müsabiqələr Laureatı Yana Poklyanova (vokal), Yuri Elperin (fortepiano) və simli kvartetin ifalarında P.İ.Çaykovskinin, M.İ.Qlinkanın, S.V.Raxmaninovun romansları ilə yanaşı qədim rus, şəhər, məişət romansları, Böyük Vətən Müharibəsinə aid mahnılar tamaşaçılar tərəfindən hərarətlə qarşılanmışdır.



Xəbərlər  Tarix:   9 May 2019 / 20:36


« Əvvəlki xəbər (5658 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR