Gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək

11-12 may tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında 20 və 23 yaşlı gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək. Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edəcək.
Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.
Bütün ağır atletika sevərlər və media nümayəndələri dəvətlidir.



Xəbərlər  Tarix:   10 May 2019 / 20:10


« Əvvəlki xəbər (5647 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR