Binəqədi rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin Mir Cəlal Paşayevin “Bir Gəncin Manifesti” romanının motivləri əsasında hazırladığı tamaşaya baxış keçirildi

Binəqədi rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin Azərbaycan yazıçısı, əməkdar elm xadimi, filologiya elmləri doktoru, ədəbiyyatşünas, professor Mir Cəlal Paşayevin “Bir Gəncin Manifesti” romanının motivləri əsasında hazırladığı və Şuşa şəhərinin işğalına həsr edilmiş tamaşaya baxış keçirilib.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Rauf Həsənov, rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil müəssisələrinin direktorları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri iştirak edib.
Əvvəlcə tədbir iştirakçılarına layihə ilə bağlı videoçarx təqdim edildi. Daha sonra məktəblilərin ifasında “Bir Gəncin Manifesti” romanının motivləri əsasında hazırlanmış tamaşa təqdim edildi.
Çıxış edən Aygün Əliyeva, Elmin İmanov, Hüseyn Əsgərov, Ramiz Göyüşov tədbirin əsas mahiyyətinin gənc nəsil arasında milli vətənpərvərlik hisslərinin aşılanması olduğunu qeyd etdilər. Sonda bir qrup müəllim və şagird rayonun mədəni-kütləvi tədbirlərində fəal iştirakına görə təltif edildi.



Xəbərlər  Tarix:   10 May 2019 / 20:32


« Əvvəlki xəbər (5646 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR