Faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə hərbi orkestrlərin nümunəvi çıxışları olub

Faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunub.
Hərbi orkestrlər şəhərin müəyyən edilmiş 6 yerində Dənizkənarı Milli Parkda, Əhmədli qəsəbəsi Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında, Zərifə Əliyeva parkında, Zabitlər parkında, Yasamal parkında və Fəvvarələr meydanında çıxış ediblər.
Orkestrlər hərbi vətənpərvərlik mahnıları, marşlar, Azərbaycan və xarici musiqi nümunələri və 1941-1945-ci illər müharibə dövrünün mahnılarını səsləndiriblər.



Xəbərlər  Tarix:   10 May 2019 / 21:15


« Əvvəlki xəbər (5641 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR