Mədəniyyət Nazirliyinin kollektivi ümummilli liderin məzarını ziyarət edib

Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Müdrik şəxsiyyət, böyük azərbaycanlı ölkəmizə rəhbərliyinin hər iki dövründə mədəniyyətimizin həqiqi himayədarı olub, bu sahənin inkişafı üçün əlindən gələni əsirgəməyib.
Azərbaycan xalqı dövlətçilik tariximizdə müstəsna yeri olan bu dahi oğlunun əvəzsiz xidmətlərini heç vaxt unutmur və onun əziz xatirəsini ehtiramla yad edir.
Mədəniyyət Nazirliyinin, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin kollektivi mayın 10-da Fəxri xiyabana gələrək ulu öndərin məzarını ziyarət edib. Nazirliyin əməkdaşları ümummilli liderin məzarı önünə tər çiçək dəstələri düzüb, əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Anım mərasimində Bakı şəhərində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları da iştirak ediblər.



Xəbərlər  Tarix:   10 May 2019 / 22:33


« Əvvəlki xəbər (5637 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR