Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İSESKO-nun növbədənkənar sessiyasında iştirak edib

Mayın 9-da Səudiyyə Ərəbistanının Məkkə regionunda İSESKO Baş Konfransının 3-cü növbədənkənar sessiyası keçirildi. Tədbirin keçirilməsində məqsəd İSESKO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycrinin səlahiyyət müddətinin qalan hissəsi üçün baş direktor vəzifəsinə yeni namizədin təqdim edilməsi və təsdiqlənməsi idi.
İclas zamanı Səudiyyə Ərəbistanı Krallığı tərəfindən namizədliyi irəli sürülmüş Dr. Salim bin Məhəmməd Əl-Malik (Dr. Salim bin Mohammed Al-Malik) İSESKO-nun yeni baş direktoru vəzifəsinə seçildi.
Sessiyada ölkəmizi Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edirdi. Nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri Şahin Abdullayev, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi, Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini Vasif Eyvazzadə və Nazirliyin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Nuriyyə Məmmədova yer almışdır.
Sessiyada çıxış edən Vaqif Əliyev İSESKO-Azərbaycan münasibətlərindən daşınaraq Əbdüləziz Osman Əl-Tüveycrinin təşkilatın fəaliyyətinə, xüsusilə də Azərbaycanla məhsuldar münasibətlərin formalaşmasına olan töhfəsini vurğuladı və eyni zamanda yeni baş direktora gələcək fəaliyyətində uğurlar arzuladı.
Qeyd edək ki, Azərbaycan 2015-2018-ci illərdə İSESKO Baş Konfransının sədri olmuş, hazırda isə təşkilatda məruzəçi ölkə statusunu daşımaqdadır.



Xəbərlər  Tarix:   10 May 2019 / 22:43


« Əvvəlki xəbər (5636 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR