Heydər Əliyev Fondu – 15 il

Müasir tariximizə müstəqil dövlət qurucusu Ümummilli Lider Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək istəyindən yaranan Heydər Əliyev Fondunun fəaliyyəti ölkə və dünya ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Ulu Öndərin adını nəcib və xeyirxah əməlləri ilə əbədiləşdirən Fondun Prezidenti kimi xanım Mehriban Əliyevanın rəhbərliyi ilə gerçəkləşdirilən önəmli təşəbbüslər ölkə və dünya ictimaiyyəti arasında böyük rəğbətlə qarşılanır. Mehriban xanımın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi ölkənin ictimai-siyasi həyatında uğurlu fəaliyyəti, dövlətimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının fəallığına nümunə və örnəkdir.
Fond ötən 15 illik fəaliyyəti dövründə xanım Mehriban Əliyevanın rəhbərliyi ilə təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Həyata keçirilən proqram və layihələr Azərbaycanda təhsilin, mədəniyyətin qarşısında duran problemlərin həlli üçün yaşıl işıq yandırır. Eyni zamanda, insanların sağlamlığı, gənc nəslin təlim-tərbiyəsi, fiziki hazırlığı, xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olan uşaqların məişət şəraitinin yaxşılaşdırılması, ekologiyanın təmizlənməsi, Azərbaycan mədəniyyətinin təbliği, milli-mədəni irsin qorunması Fondun diqqət mərkəzində saxladığı məsələlər sırasındadır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi başda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva və Fondun vitse-prezidenti xanım Leyla Əliyeva olmaqla Fondun bütün kollektivini 15 illik yubiley münasibətilə təbrik edir, səmərəli fəaliyyətlərində müvəffəqiyyətlər arzu edir.



Xəbərlər  Tarix:   10 May 2019 / 23:41


« Əvvəlki xəbər (5629 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR