QDİƏT PARLAMENT MƏCLİSİNİN KOMİTƏ İCLASLARINDA

Milli Məclisin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində (QDİƏT PM) nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və deputat Əflatun Amaşov qurumun komitə iclaslarında iştirak etmək üçün mayın 14-də Gürcüstanın Batumi şəhərinə səfər edəcəklər.
Siyasi və hüquqi məsələlər komitəsinin 53-cü iclasında “QDİƏT-ə üzv ölkələrdə demokratiyanın möhkəmləndirilməsində Ombudsman institutunun rolu”, İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitənin 52-ci iclasında “Yaşıl iqtisadiyyat. Mavi artım” mövzularında müzakirələr aparılacaq, hesabat və tövsiyələrin layihələri təsdiq ediləcək.
Hər iki toplantıda QDİƏT-in cari fəaliyyəti barədə məlumat veriləcək, təşkilatın Parlament Məclisinin 2019-cu il üçün iş təqvimi, komitələrin növbəti yığıncaqlarının yeri, vaxtı və gündəliyi müəyyən olunacaq.
Deputatlarımız komitələrdə qaldırılacaq məsələlər barədə öz fikirlərini açıqlayacaq, təkliflərini verəcəklər.
Səfər mayın 18-də başa çatacaq.
Milli Məclisin
Mətbuat xidməti



Xəbərlər  Tarix:   13 May 2019 / 20:06


« Əvvəlki xəbər (5622 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR