"Ulu Öndər və Azərbaycan Gəncliyi" adlı bilik yarışı keçirildi

Suraxanı Rayon Gənclər və İdman İdarəsi və Suraxanı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş bilik yarışı keçirilmişdir.
Bilik yarışında 5 nəfər tərkibdən təşkil olunmuş məktəblilərdən ibarət komandalar iştirak etmiş, verilən tapşırıqlar gənclər tərəfindən şifahi olaraq cavablandırılmışdır.
Yarışın məqsədi Ulu Öndər Heydər Əliyev məfkurəsinin təbliği ilə yanaşı, eyni zamanda gənclərin şifahi nitqinin inkişafı və tarixi biliklərini auditoriya qarşısında sərbəst ifadə etmək bacarıqlarını üzə çıxarmaqdan ibarət olmuşdur.
"Zəfər" , "Odlar Yurdu" , "Gənc Heydərçilər" və "Günəşli" komandaları ən yüksək nəticələri göstərərək müsabiqə qalibi olmuşlar.



Xəbərlər  Tarix:   13 May 2019 / 20:57


« Əvvəlki xəbər (5613 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR