Çinə növbəti ixrac missiyası

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə növbəti ixrac missiyası Çin Xalq Respublikasının Şanxay şəhərinə təşkil olunub.
13-18 may tarixlərini əhatə edən missiyaya qida, şərab və digər spirtli içkilərin istehsalı sahəsində fəaliyyət göstərən 13 Azərbaycan şirkəti daxildir.
Missiya çərçivəsində Çinin Yivu və Şanxay şəhərlərində Azərbaycan sahibkarlari və Çin iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək, Azərbaycan məhsullarının Çin bazarına ixracının genişləndirilməsinə dair müzakirələr aparılacaq.



Xəbərlər  Tarix:   13 May 2019 / 23:03


« Əvvəlki xəbər (5602 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR