Əsl Ailə Modeli necə olmalıdır?.. “Beynəlxalq Ailə günü”ndə mövzuya cavablar axtarıldı...
Mayın 15-də “Hyatt Regency Baku” otelinin Quba zalında “Beynəlxalq Ailə günü”nə həsr olunmuş konfrans keçirildi. Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, millət vəkili, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, təhsil nazirinin müavini Firudin Qurbanov, BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev və digər dəyərli qonaqlar, eləcə də, KİV nümayəndələri iştirak edirdilər. Xatırladaq ki, dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2008-ci ildən etibarən, hər il may ayında “Beynəlxalq Ailə günü” münasibətilə müxtəlif tədbirlər keçirilir.
Konfransın keçirilməsində əsas məqsəd Azərbaycan ailəsi modelinin inkişaf tendensiyası və ailə ənənələrinin qorunması, cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, milli-mənəvi dəyərlərimizin, eləcə də, ailə dəyərlərinin təbliği idi. Konfransda “Dövlət ailə siyasəti və onun inkişaf yolları”, “Ailə institutunun formalaşmasında və qorunub saxlanılmasında milli və dini dəyərlərin rolu”, “Ailənin rifahının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi”, “Beynəlxalq təşkilatların ailə institunun möhkəmləndirilməsində rolu”, “Ailə dəyərlərinin qorunması: ailə, məktəb və cəmiyyətin vəhdəti”, “Gənclərin həyat strategiyasının formalaşmasında ailənin rolu”, “Müasirləşmə və qloballaşmanın ailə institutuna təsiri”, “İslamda ailəyə baxış”, “Müasir ailə, sosial şəbəkələr və mənəvi dəyərlər”, “Azərbaycan ailə mədəniyyəti və müasirlik” mövzuları üzrə çıxışlar oldu.
Tədbiri giriş sözü ilə açan moderator Ceyhun Əliyev Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birini ailə siyasətinin təşkil etdiyini söylədi və hamını ölkə başçısı İlham Əliyevin və birinci vitse prezident Mehriban xanım Əliyevanın dövlətimizin möhkəmlənməsi, xalqımızın iqtisadi-sosial-rifahının yaxşılaşdırılması istiqamətində gördüyü işlərə həsr olunmuş filmə baxmağa dəvət etdi. Filmdə Şamaxıda baş verən zəlzələ zamanı prezidentin görüşdüyü 92 yaşlı Saray nənəyə olan ehtiramından, bu görüşün bütün dünyaya, Azərbaycan qadınına, Azərbaycan anasına münasibətindən bəhs olundu. Ölkə başçısı hesab edir ki, Saray nənə Azərbaycan qadınının ən yüksək keyfiyyətlərini özündə təcəssüm etdirir: “Saray nənə kimi nənələr, analar bizim milli-mənəvi dəyərlərimizi əsrlərlə qoruyan insanlardır. Saray nənəni görəndə, mən bir daha əmin oldum ki, Azərbaycan xalqı böyük xalqdır. Saray nənə kimi nənələr Azərbaycanın əyilməz ruhunu əks etdirir”.
Daha sonra filmdə Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təhsil, sərgi və digər istiqamətlərdə keçirdiyi uğurlu sosial layihələr xatırladıldı . Azərbaycan ailəsinə belə diqqət və qayğının kökündə xalqımızın sabahına sevgi doğurduğu vurğulandı. Filmdə Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyilə İnternat məktəblərini bitirən qızlar və gənclər üçün evlərin tikilməsindən, valideyn himayəsindən məhrum olan gənclər üçün toy mərasiminlərini təşkil etməsindən, onlara xeyir-dua verməsi Mehriban xanımın mükəmməl ana obrazı olmasından geniş məlumat verildi. O, qadın və uşaq hüquqlarının əsl müdafiəçisidir. Məcburi köçkünlər üçün yeni salınmış şəhərciklərin açılışında iştirakı onun yurd həsrətli soydaşlarımızın problemlərinə həssas münasibətindən xəbər verildi. Mehriban xanımın şəhid ailələri ilə görüşü, zabit və əsgərlərimizə baş çəkməsi, onların sağlamlığının bərpası üçün mühüm işlər görməsi də filmin əsas qayəsini təşkil edirdi.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirdi ki, ailə institunun qorunması prioritetləri haqqında çəkilmiş filmdə əsl ailə necə olmalıdır sualını ən yaxşı prezident İlham Əliyev cavablandırdı. Hicran xanım əsl ailə modelinin əsas 3 istiqamətdə - sağlam ailə, təhsilli ailə və soaial problemlər istiqamətində araşdırılmalı olduğunu bildirdi: “Ailədə qadın-kişi münasibətlərinin normal olması, uşaqların düzgün tərbiyə alması, ailədə zorakılıqların qarşısının alınması, erkən nigahlara daxil olmama, boşanma hallarının minimuma enməsi üşün şəhərdə və regionlarda maarifləndirmə işləri aparılmalıdır”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı öncə beynəlxalq ailə günü münasibətilə hamını təbrik etdi. Kənar təsirlərdən qorunaraq güclü ailə modelini necə yaratmaq olar sualı Mübariz Qurbanlını düşündürən ən mühüm suallardan biridir. Onun sözlərinə görə, boşanmaların sayını minimuma endirilməsi istiqamətində təbliğat və təşviqata geniş yer verilməlidir. Şimalı Amerika alimi Morqanın araşdırmasına istinad edən Qurbanlı dedi ki, çətin sınaqlardan keçən ailələr möhkəmlənir və onlar möhkəm tellərlə bir birinə bağlanırlar. O qeyd etdi ki, əgər hansısa ailənin dağılmasında iqtisadi amil əsas rol oynamır. Yollarını ayırmağa qərarlı olan ailələrin probleminin nüvəsini eqoizm və fərdiyyəçilik amilləri təşkil edir: “Ailə mövzusu o qədər geniş, o qədər müxtəlif prizmalardan yanaşılan mövzudur ki, əsl ailə modelinin kriteriyalarını sadalamaq çox çətindir”.
Millət vəkili, Milli Məclisin Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirdi ki, gözəl ailə nümunələrini təbliğ edən filmlərimiz çəkilməlidir: “Filmlər vasitəsilə ailədə normal davranış qaydaları, kişi-qadın, valideyn-övlad, qaynana-gəlin münasibətlərinin nümunəvi forması tamaçaçıların ixtiyarına verilməlidir. Əksinə, elə filmlər və seriallar çəkilir ki, qaynana obrazı hamının ikrahına və nifrətinə səbəb olur”. Möhkəm ailə amillərinə toxunan Aqiyə xanım Naxçıvanlı bildirib ki, Azərbaycanda elə gözəl ailələr var ki, onlarda ata, yəni, ailə başçısı evə gəlmiyincə, süfrəyə oturulmur: “Belə adət ənənələri qoruyub saxlamaq və gələcək nəsillərə nümunəvi ailə qaydalarını ötürmək lazımdır”.
Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev gənclərdən danışaraq bildirib ki, 7-8 il bundan öncə, 66% 29 yaşa qədər insan gənc sayılırdısa, indi bu rəqəm 35 yaş götürülür. Onun sözlərinə görə, 90-cı illərin əvvəllərində qarışıqlıq dövründə hər 4 ailəyə 1-2 uşaq düşürdüsə, 10 ildən sonra ən gənc əhalisi olan ölkəyə çevriləcəyik: “Bizim bütün proqramlarımızda gənclər, gənc ailələr məvhumu böyük yer tutur. Gənc ailələrə xüsusi təsərrüfatlar yaradılmalıdır. Gənclərin inkişafı ilə bağlı yeni yeni addımlar düşünülməlidir”.
Təhsil nazirinin müavini Firudin Qurbanov bildirdi ki, gələcək nəslin formalaşmasında ailənin böyük rolu var. Bugun uşaq, sabah xalq prinsipini önə çəkən dövlət rəsmisi qeyd edib ki, hərtərəfli insanın formalaşmasına nail olmaq üçün uşaqları düzgün tərbiyə etmək lazımdır. Düzgün tərbiyənin başlıca amilini 3-6 yaş arası uşaqların çoxlu suallar verdiyi dönəmdə onların hər sualına səbrlə və düzgün cavablandırmaq təşkil edir: “Hər uşağa fərdi yanaşmaq lazımdır. Uşağın ilk təhsili, ilk müəllimi onun ailəsidir. Necə toxum səpərsən, elə də bar götürərsən”.
Sonda ailə mövzusuna geniş prizmadan yanaşılmasını məqbul sayan dövlət rəsmiləri belə tədbirlərin tez tez keçirilməsini əsas tutaraq, gənc ailələrin maariflənməsi istiqamətində işlərin aparılmasını məqsədə uyğun hesab ediblər.
Ugurmedia Xəbərlər Departamentinin sədri Leyla Səttarlı

Öz xəbərlərimiz Tarix: 16 May 2019 / 19:17
« Əvvəlki xəbər (5583 / 7294) Növbəti xəbər »