Azərbaycanım” rəsm müsabiqəsinin yekun sərgisi açılacaq

Mayın 20-də Bakı Xətai Sənət Mərkəzinin elan etdiyi “Azərbaycanım” adlı ikinci respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılacaq. Sərgidə 12 yaşa qədər uşaqların 160 əsəri, 12-17 yaşarası uşaqların isə 170 əsəri nümayiş ediləcək.
Qeyd edək ki, müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Təhsil Nazirliyi Respublika 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilirdi.
“Nəsimi ili” çərçivəsində gerçəkləşən müsabiqə uşaqlarda bədii zövqün formalaşmasını stimullaşdırmaq, yaradıcılıq duyğularının inkışafı, əhatə olunmuş mühitə münasibət və ona yanaşma tərzinin mükəmməlləşməsinə təkan, ən əsası da doğma elə, Vətənə məhəbbəti aşılamaq məqsədilə təşkil olunmuşdu.
Sərgi çərçivəsində qaliblər diplomlarla təltif olunacaq.



Xəbərlər  Tarix:   16 May 2019 / 21:03


« Əvvəlki xəbər (5571 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR