Azərbaycan qaziləri və hərbi yönümlü QHT nümayəndələri Türkiyədə səfərdədir

Gənclər və İdman Nazirliyinin dəstəyi,Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin təşkilatçılığı ilə baş tutan səfərin ilk günü qardaş respublikanın Samsun şəhərinə olub. Qonaqlar əvvəlcə Mustafa Kamal Atatürkün 100 il əvvəl gəldiyi əraziyə gedərək Samsun Limanında keçirilən təntənəli mərasimdə iştirak ediblər.
Nümayəndə heyəti daha sonra Mustafa Kamal Atatürk ve 18 silah yoldaşının Milli Mücadələni başlamaq üçün Samsuna çıxışının 100-cü ildönmü münasibətiylə Cumhuriyyət Meydanında keçirilən bayram tədbirlərinə qatılıblar. Tədbirdə Gənclər və İdman Nazirliyinin əməkdaşı Elçin Nəcəfov, Azərbaycan Respublikasının Prezdenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin sədri Emin Həsənli, Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, Azərbaycan Əfqanıstan Veteranları İB-nin sədri Məhəmməd Vəliyev, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli,Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin sədr müavini , İctimai Televiziyanın Qarabağ müxbiri Şöhrət Eyvazov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Mürsəl Qurbanları , Aprel qazilərii və Türkiyə Müharib Qazilər Dərnəyinin üzvləri ştirak ediblər.
Atatürkü Anma, Gənclik ve İdman Bayramının qeyd olunması Samsun Səhra Səhiyyə Okulu ve Tədris Mərkəzi Komandanlığının Bölge Bando Taqımın müşayətiylə İstiklal Marşının oxunmasıyla başlayıb.
Tədbirdə Samsun valisi Osman Kaymak çıxış edərək Gazi Mustafa Kemal Atatürkün 16 Mayda İstanbuldan yola çıkarak, üç günə Samsuna çatmasıyla başlayan İstiqlal mücadələsinin əsası olan 19 Mayın tarixi əhəmiyyətindən danışıb.
Bayram tədbirində Türkiyə Mehtər Bölüyünün və müxtəlif qrupların təqdim etdiyi konsert proqramı nümayiş etdidirilib.
Mərasimdə Türkiyə Muharip Gaziler Dərnəyinin rəhbəri M. Şükrü Tandoğan və Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin sədri Emin Həsənli çıxış edərək hər iki dövlərin ortaq qayğılarından və uğurlarından danışıblar.
Türkiyəyə səfər çərçivəsində Azərbaycan qaziləri və hərbi yönümlü QHT nümayəndələri Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib . Ərdoğanın Samsunda verdiyi iftar süfrəsinə qatılıblar. İftar süfrəsindən sonra Rəcəb Tayyib Ərdoğanla səfər iştirakçılarının qısa söhbəti olub. Söhbətdə Emin Həsənli məlumat verib ki, iki qardaş ölkənin dövlət qurumları arasında olam yüksək səviyyəli münasibətlər QHT-lər müstəvisində də uğurla inkişaf edir. Azərbaycan və Türkiyə qaziləri arasında qarşılıqlı səfərlərin təşkili 4 il əvəl başlanıb və uğurla davam etdirilir. Nümayəndə heyətimizlə səmimi söhbət edən Rəcəb Tayyib Ərdoğana Azərbaycan və Türkiyə Prezidentlərinin birgə rəsmi və digər hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.
Qeyd edək ki, Türkiyə Cumhuriyyəti Cumhurbaşqanlığının rəsmi Ссылка saytında prezdent Rəcəb Tayyib Ərdoğanın Samusnda səfərdə olan Azərbaycan qaziləri ilə görüşünü əks etdirən fotolar paylaşlıb.
Səfər proqramının ikinci mərhələsində İstanbul şəhərində Türkiyənin müxtəlif dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə görüşlərin keçirilməsi nəzərdə turulur.



Xəbərlər  Tarix:   20 May 2019 / 14:03


« Əvvəlki xəbər (5564 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR