Ukrayna Prezidentinin andiçmə mərasimində

Mayın 20-də Ukrayna Ali Radasında bu ölkənin altıncı Prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi keçirilib.
Ukraynanın yeni seçilmiş dövlət başçısının andiçmə mərasimində Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov və ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev təmsil ediblər.
Andiçmə mərasimində təxminən 60 ölkənin prezidentləri, hökumət başçıları və nazirləri iştirak ediblər.
Əvvəlcə Ukraynanın dövlət himni səsləndirilib.
Sonra Vladimir Zelenski Ali Radanın təntənəli iclasında əlini İncilə basaraq Ukrayna xalqına sədaqət andı içib. Ona prezident vəzifəsinə başlaması haqda Şəhadətnamə və dövlət başçısının rəsmi rəmzləri təqdim edilib. Ukrayna Prezidenti andın mətnini imzalayıb və ölkənin Konstitusiya Məhkəməsinin sədrinə verib.
Andiçmə başa çatdıqdan sonra Mariinski Sarayında Ukraynanın Silahlı Qüvvələrinin iştirakı ilə dövlət bayrağının qaldırılması mərasimi və xarici ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüş keçirilib.
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Ukrayna Prezidenti Vladimir Zelenskiyə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ali dövləti vəzifəyə seçilməsi münasibətilə təbriklərini çatdırıb. V.Zelenski də öz növbəsində təbriklərə görə Azərbaycan dövlətinin başçısına səmimi təşəkkürünü bildirib.
Daha sonra Ukraynanın yeni seçilmiş Prezidenti adından təntənəli qəbul təşkil edilib.



Xəbərlər  Tarix:   20 May 2019 / 17:31


« Əvvəlki xəbər (5561 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR