Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi barədə məlumat

21 may 2019-cu il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0106009753 ISIN kodlu, tədavül müddəti 1092 gün olan 15.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.
AZ0106009753 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 15.8 milyon manat təşkil edib.
Maliyyə Nazirliyi tərəfindən 14.2 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 98.2212 (gəlirlilik 9.6975%) səviyyəsində müəyyən edilib.
İstiqrazların ödəmə müddəti 17 may 2022-ci ildir.



Xəbərlər  Tarix:   21 May 2019 / 23:46


« Əvvəlki xəbər (5548 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR