AŞPA-NIN BÜRO VƏ DAİMİ KOMİTƏ İCLASLARI KEÇİRİLƏCƏK

Mayın 23-24-də Parisdə Avropa Şurası Parlament Assambleyasının Büro və Daimi Komitə iclasları keçiriləcək. Tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcəkdir.
İclaslarda AŞPA-da Yeni siyasi qrupun yaradılması, AŞ-yə yeni baş katibin seçilməsi, Ukraynada, Şimali Makedoniyada keçirilmiş prezident seçkilərinin nəticələri, Qazaxıstanda keçiriləcək prezident seçkiləri, Ukraynada keçiriləcək parlament seçkilərinin müşahidəsi ilə bağlı müzakirələr aparılacaqdır.
Səməd Seyidov müzakirə olunacaq məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcəkdir.



Xəbərlər  Tarix:   22 May 2019 / 11:23


« Əvvəlki xəbər (5536 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR