Ümumdünya Səhiyyə Assambleyasının 72-ci sessiyası keçirilir

20-28 may 2019-cu il tarixlərində İsveçrənin Cenevrə şəhərində Ümumdünya Səhiyyə Assambleyasının 72-ci sessiyası keçirilir. Tədbirdə AR səhiyyə naziri Oqtay Şirəliyevin başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib.

Tədbir çərçivəsində səhiyyə sahəsində əməkdaşlıq etdiyimiz üzv ölkələr Avstriya, Belarus, Türkiyə, Rusiya Federasiyasının Səhiyyə Nazirləri ilə eləcə də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbər şəxsləri ilə rəsmi görüşlər keçirilib.

Görüşlərdə səhiyyə sahəsində əməkdaşlığın gələcək perspektivləri və hazırkı vəziyyət müzakirə edilib.

Görüşlərdə Azərbaycan Respublikası Beynəlxalq Təşkilatlarla Əməkdaşlıq üzrə daimi nümayəndəliyinin səfiri Vaqif Sadıqov da iştirak edib.

Hazırda Assambleya öz işini davam etdirir.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı



Xəbərlər  Tarix:   22 May 2019 / 23:28


« Əvvəlki xəbər (5524 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR