Mediada ilk addım Ugurmedia 28 may Respublika gününü Qəbələdə qeyd etdi

Mayın 28-də Ugurmedianın təşkilatşılığı ilə respublika gününə özəl olaraq, Qəbələdə tədbir keçirildi. Tədbirimizin iştirakçıları tibb işçiləri, gənclər və Ugurmedia əməkdaşlarından – təsisçi və baş redaktor Tərlan Abbasov, Xəbərlər Departamentinin sədri Leyla Səttarlı və əməkdaşımız, tədbirin təşkilatşısı Sibel Abdullayeva idilər. Məqsəd Azərbaycanın gözəl guşələrindən biri olan Qəbələnin gözəl, mənzərəli yerləri ilə tanış olmaq, ruhumuzu ana təbiətin gözəlliyi ilə qidalandırmaq və tədbirə qatılanlara Qəbələnin tarixini xatırlatmaq idi.
Səhər 7.00-da Bakıdan yola düşən avtobus səhər 10.30 artıq Qəbələdə idi. Əvvəla onu deyək ki, bu, Ugurmedianın respublika günü ilə əlaqəli regionda təşkil etdiyi ilk tədbiri idi. Amma buna baxmayaraq, olduqca maraqlı və şən bir tədbir oldu. Yolboyu sərnişinlər bir-birindən maraqlı, intellektual oyunlar oynayır, mahnı oxuyur və rəqs edirdilər. Tədbirə dəvət olunan qonağımız saz ifaçısı Pərviz bəy bütün iştirakçıların ruhunu oxşayan musiqilər səsləndirib, gözəl avazla mahnılar oxudu. Yeddi Gözəl Şəlaləsi, Nohurgöl, Qəbələndi gəzmək bütün tədbir iştirakçılarının zövqünü oxşadı. Qəbələ gəzintisi iştirakçılara böyük ruh yüksəkliyi verdi. Respublika gününün özəlliyini gənclərə təlqin etmək istəyən Ugurmedianın tədbiri o qədər şən və maraqlı keçdi ki, proqramın daxilində olan bəndlərdən daha artıq işlər görüldü. İlk tədbirimizin olmasına rəğmən, qonaqlar və iştirakçılar Ugurmediadan olduqca razı qaldılar. Hətta, iştirakçılar arasından əksəriyyəti növbəti aylarda təşkil olunacaq Şəki, Quba, Gəncə və digər rayonlara təşkil olunacaq səfərlərimizə mütləq şəkildə qatılacaqlarını bildirdilər. Qəbələ tədbirimiz təkcə, iştirakçılara regionun görməli və gəzməli yerlərini tanış etməklə bitmədi. Tədbirin rəsmi tərəfindən sonra qonaqlarla restoranda nahar edildi. Saz ifası ilə müşayiət olunan çay süfrəsi ərəfəsində voleybol oynamaq, at çapmaq, Nohurgöl ətrafı gəzinti iştirakçılara yaddaşlara həkk olunacaq mənalı anlar bəxş etdi. Ugurmedia yeganə kütləvi informasiya vasitəsidir ki, dünyada və vətəndə baş verən xəbərləri diqqətə çatdırmaq, vətəndaşların problemlərinin növündən asılı olmayaraq, araşdırıb həllini tapmasına nail olmaqdan başqa, həm də, yay mövsümi ilə əlaqədar vətəndaşları regionlarla, onların gözəl guşələri ilə tanış etməyi özünə borc bilir.
Qeyd edək ki, Ugurmedianın regionlar səfəri silsilə xarakter daşıyır. Səfərlərin məqsədi gəncləri rayonların tarixi ilə tanış etmək, vətəni sevdirmək, rayonlarımızı tanıdaraq turizm sektorunu inkişaf etdirməkdir. Növbəti tədbirlərdə bizə qoşulmaq istəyirsizsə, bizimlə əlaqə saxlayın: 055-224-22-82



Uğurlarımız  Tarix:   29 May 2019 / 20:23


« Əvvəlki xəbər (5497 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR