“Gənclərin tərbiyəsində milli-mənəvi dəyərlərin rolu”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının “Gənclər arasında vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərinin yüksək səviyyədə aşılanması” yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Gənclər və İdman Nazirliyi tərəfindən respublikanın ali təhsili müəssisələrində “Gənclərin tərbiyəsində milli-mənəvi dəyərlərin rolu” mövzusunda silsilə tədbirlərin keçirilməsini davam etdirir.
Belə ki, növbəti tədbir 29 may 2019-cu il tarixində Azərbaycan Kooperasiya Universitetində keçirildi.
Tədbirlərin keçirilməsində əsas məqsəd, gənclərə milli mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyənin, habelə şəxsiyyətin formalaşmasında həmin dəyərlərin xüsusi və böyük əhəmiyyətini, rolunu təbliğ etməkdir.
Tədbirdə Azərbaycan Kooperasiya Universitetinin tədris işləri üzrə prorektoru Fikrət Quliyev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə iştirak edirdi.
Azərbaycan Kooperasiya Universitetinin tədris işləri üzrə prorektoru Fikrət Quliyev qonaqları salamladıqdan sonra ölkəmizdə gənclərlə iş sahəsində həyata keçirilən işlərdən, bu gün gənclik qarşısında duran əsas məqsəd və vəzifələr barədə fikirlərini söylədi. Daha sonra milli-mənəvi dəyərlərin rolu barədə hazırlanmış film nümayiş etdirildi.
Filmin nümayişindən sonra çıxış üçün söz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadəyə verildi. O, çıxışında bu gün dünyada İslam aləmində gedən proseslərdən, dinin insanın formalaşmasında rolundan, din-elm münasibətlərindən, gənclərin tərbiyəsində duran əsas vəzifələrdən danışdı.
Daha sonra çıxış üçün söz Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynova verildi. Natiq çıxışında gənclərin qloballaşan dünyada kənar təsirlərin altına düşməməyi, milli-mənəvi dəyərlərimizə sadiq olmağı, onu gələcək nəsillərə ötürülməsində fəal iştirak etməyə çağırdı. O, hər bir gənci mənsub olduğu xalqın dəyərlərinin daşıyıcısı olduğunu, məhz bu səbəbdən də,onları öz milli kimliklərini daha dərindən dərk etməyin vacib olduğunu bildirdi. Onları daha yüksək əxlaqlı, müasir dünyagörüşlü və təhsili olmalarını tövsiyə etdi.
Bununla da, “Gənclərin tərbiyəsində milli-mənəvi dəyərlərin rolu” mövzusunda keçirilən tədbir sona çatdı.



Xəbərlər  Tarix:   30 May 2019 / 22:46


« Əvvəlki xəbər (5481 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR