Rikardo Kuarejma: "Bakı inanılmaz dərəcədə gözəldir"

Türkiyənin "Beşiktaş" klubunun və Portuqaliya milli komandasının futbolçusu Rikardu Kuarejma Bakıya gəlib. 36 yaşlı yarımmüdafiəçi bu gün Gənclər və İdman Nazirliyində nazir Azad Rəhimov və azarkeşlərlə görüşüb.
Görüşdə A.Rəhimov və R.Kuarejma ilə yanaşı, nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov, mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova, futbolçunun meneceri və həyat yoldaşı da iştirak edib.
Qonağı salamlayan A.Rəhimov onun ölkəmizdə olmasından məmnunluğunu ifadə edib. Azərbaycanda Avropa Liqasının final qarşılaşması kimi böyük futbol matçının uğurla təşkil edildiyini xatırladan nazir, futbolçunun ölkəmizə gəlişinin də yerli azarkeşləri çox sevindirdiyini vurğulayıb. O, Kuarejmanın səfərinin Azərbaycanı gəzmək məqsədi daşıdığını deyib.
Futbolçu səfərindən məmnun qaldığını, eyni zamanda burada çox gözəl qarşılandığını qeyd edib.
"Azərbaycana yeni gəlməyimə baxmayaraq, qısa müddətdə Bakını çox bəyəndim. Bura inanılmaz dərəcədə gözəldir". Bunu ölkəmizdə səfərdə olan Portuqaliya millisinin və Türkiyənin "Beşiktaş" klubunun futbolçusu Rikardo Kuarejma azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycana səfərinin bir neçə günlük olduğunu qeyd edib: "Dəqiq müddəti deyə bilmərəm. Burada olduğum müddətdə həyat yoldaşıma vaxt ayırıb, şəhəri gəzəcəyəm, azərbaycanlılarla yaxından tanış olmağa çalışacağam. Bakıya heyranam və hər zaman tətil üçün bura gəlməyə hazıram".
36 yaşlı yarımmüdafiəçi "Beşiktaş"la müqaviləsinin olduğunu və bu klubdan ayrılmaq istəmədiyini vurğulayıb. Kuarejma "Qalatasaray"dan təklif gələcəyi halda qəbul etməyəcəyini deyib: "Beşiktaş"da çox xoşbəxtəm. Klub prezidenti və rəhbərlikdən mənə heç nə deyilməyib. Bu komandanı çox sevirəm. Türkiyədə yalnız "Beşiktaş"da oynacağam".
Daha sonra gənclər və idman naziri Azad Rəhimov Ricardo Cuaresmaya futboldakı nailiyyətlərinə və Azərbaycan-Portuqaliya dostluq münasibətlərindəki xidmətlərinə görə futbolçuya mükafat təqdim etdi.



Xəbərlər  Tarix:   1 İyun 2019 / 00:17


« Əvvəlki xəbər (5464 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR