“Nəsimi. Şeir, sənət, mənəviyyat” Festivalı çərçivəsində müsabiqə elan olunur

Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən İkinci Beynəlxalq “Nəsimi. Şeir, sənət, mənəviyyat” Festivalı çərçivəsində Mədəniyyət Nazirliyinin «SÖZ” layihəsi 16 – 35 yaş arası gənc şairlərin arasında müsabiqə elan olunur: Ən yaxşı poetik əsər.
Bu müsabiqə iki nominasiyada keçirilir:
1. Klassik şərq poeziyası üslubunda Nəsimiyə yazılan bənzətmə və nəzirələr;
2. Nəsiminin mənəvi dünyası və poetik irsi ilə bu və ya digər formada bağlılıq təcəssüm etdirən müxtəlif üslublu şeirlər.
Qeyd edək ki, müraciətlər həm Azərbaycan, həm də ingilis və rus dillərində qəbul edilir. Müxtəlif dillərdə göndərilmiş müraciətlərə ayrı-ayrılıqda baxılacaq və mükafatlandırılacaq. İştirak etmək istəyənlər öz əsərlərini sozliterary@gmail.com elektron ünvanına göndərə bilər. Təqdim edilən əsərlə yanaşı müəllifin adı, təvəllüdü, mobil telefon nömrəsi, elektron poçt ünvanı və tərcümeyi-halı göndərilməlidir.
Nəzərinizə çatdıraq ki, əsərlərin son qəbul olunma tarixi 1 avqust 2019-cu ildir.



Xəbərlər  Tarix:   3 İyun 2019 / 23:51


« Əvvəlki xəbər (5451 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR