Ugurmedia Azərbaycan xalqını və bütün müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edir

Bugun müqəddəs Ramazan ayı bitdi. Yeməkdən, içməkdən, haramdan və digər hallari sübhdən günəş batanadək uzaq tutan orucluq ayinin sonuna gəldik. Ugurmedia bu münasibətlə bütün oruc tutan müsəlmanları səmimi qəlbdən təbrik edir, onlara təkcə, müqəddəs ayda deyil, daim haramdan uzaq olmalarını, Allahın buyurduğu kimi yaşamalarını arzulayır. Orucluğun məqsədi toxlarla acların eyni hissləri yaşamasını heç olmasa bir ay üçün təlqin etmək olduğu kimi, Ugurmedia olaraq, insanların bütün il boyu sosial həyatlarında bir birini anlamasını, imkanı olanların imkansızlara əl tutmasını uca tanrıdan diləyirik. İnsanların mənəvi təmizlənməsinə xidmət edən 11 ayın sultanı Ramazan ayı ərzində respublikamızın bütün bölgə və rayonlarında hamı oruc tutdu, hamı mənəvi paklandı. Əziz həmvətənlərimiz, sizə uca tanrıdan sağlamlıq, şəfqət, mərhəmət diləyərək, sizi Ramazan bayramı münasibətilə təbrik edirik. Allahdan hər bir ailəyə ruzi-bərəkət, sağlam həyat və firavanlıq arzulayırıq. Xalqın bütün anlarında onların yanında olan Ugurmedia əhli olaraq, gələn Ramazan ayına kimi torpaqlarımızın işğaldan azad olunmasını, dövlətimizin güclənməsini, xalqımızın daim bolluq və bərəkət içində yaşamasını və hər bir xəta bəladan hifz olunmasını arzulayırıq! Başda prezidentimiz İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva olmaqla, bütün müsəlmanların, bacı-qardaşların Ramazan bayramı mübarək!



Öz xəbərlərimiz  Tarix:   5 İyun 2019 / 18:59


« Əvvəlki xəbər (5438 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR