İyunun 4-də itən Zəhra ayın 6-da sağ salamat tapıldı

Ugurmedia qaraçılara qarşı kampaniyaya başladı
İyunun 4-də 4 yaşlı Bağırova Zəhranın itməsi haqqında məlumat vermişdik. Bugun isə, onun tapılması xəbərini Ugurmedia əhli sevinc hissi ilə sizlərlə bölüşür. Hadisə barədə ətraflı məlumat üçün Zəhra Bağırovanın anası Cəmilə Hüseynova ilə əlaqə saxladıq. Cəmilə xanım bildirir ki, qızı Zəhra o işdə olarkən, tək həyətə oynamağa çıxıb. Uşağı nəzarətsiz görən qaraçılar onu oğurlayıblar. İşdən evə dönən valideynlər uşağın yoxa çıxmasından təlaşlanıb və uşağın itməsi haqqında məlumatı bir çox kütləvi informasiya vasitələrində, eləcə də, instaqramda paylaşıblar. Uşağı qoyulan elanlardan tanıyan naməlum bir şəxs onu qaraçıların yanında görüb. Tapılmasına yardım etmək məqsədilə öz telefonunun videosuna çəkib və videonu polis bölməsinə verib. Polislərin apardığı uğurlu axtarış-əməliyyat tədbirləri nəticəsində Zəhra valideynlərinə sağ salamat təhvil verilib. Qeyd edək ki, Zəhra Neftçilər metro stansiyası yaxınlığında aşkarlanıb. Bugun günorta saat 1 radələrində isə ailəsinə təhvil verilib. Baş vermiş hadisənin hələ də şokunu yaşayan Cəmilə xanım övladına heç bir xətər toxunmadığının sevincini də bizdən gizlətmədi. Ugurmedia valideynləri diqqətli olmağa çağıraraq, izdihamlı yerlərdə, çimərlik sezonunun başlanması ilə əlaqədar olaraq çimərliklərdə uşaqların əlindən buraxmamağı tövsiyyə edir. Avtobus və metrolarda, parklarda, gəzinti yerlərində, evlərin həyətində, bir sözlə, hər yerdə qaraçılara və dilənçilərə rast gəlmək problem deyil. Xüsusən də, yay mövsümündə qaraçıların fəaliyyəti geniş vüsət alır. Təkcə, dövlət qurumları, polislər deyil, sadə vətəndaşları da qaraçılara qarşı birgə mübarizə aparmağa səsləyirik! Birlikdə mübarizə apararaq, Zəhra Bağırova kimi uşaqların itməsinə, ailələrinin gözüyaşlı qalmasına yol verməyək!
Xəbərlər departamentinin sədri Leyla Səttarlı



Öz xəbərlərimiz  Tarix:   6 İyun 2019 / 22:50


« Əvvəlki xəbər (5437 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR