Karateçilərimiz Çinin Şanxay şəhərində Karate1 Premyer Liqa turnirində 2 medal qazanıblar

Firdovsi Fərzəliyev (-60 kq) və Pənah Abdullayev (-84 kq) mötəbər turnirdə 3-cü yeri tutmaqla, müxtəlif reytinq cədvəllərində mövqelərini də möhkəmlədiblər. Dünya Karate Federasiyasının (WKF) rəsmi yarışlarından olan Karate1 Premyer Liqası mövsümünün 4-cü mərhələsində 76 ölkədən 543 idmançı iştirak edib.
Yarışdan əvvəl müxtəlif ölkələrdə təlim-məşqlərə qatılan milli komandanın üzvləri 11 iyunda Bakıya dönüb 2-ci Avropa Oyunlarına hazırlıqları davam etdirəcəklər.



Xəbərlər  Tarix:   10 İyun 2019 / 23:14


« Əvvəlki xəbər (5415 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR