BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının “Qaçqınlarla” (#WithRefugees) kampaniyasına dəstək göstərilməsi üçün müraciət

Qaçqınlar üzrə Qlobal Sazişin qəbul olunduğu vaxtdan etibarən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı “Qaçqınlarla” (#WithRefugees) kampaniyasını zorla didərgin salınmış insanlar və vətəndaşlığı olmayan şəxslər üçün daha geniş qlobal hərəkata çevirməyə çalışır. Ötən il BMT QAK-ın “Qaçqınlarla” qlobal kampaniyasına geniş ictimai dəstəyin səfərbər olunması üçün Azərbaycan Hökumətinin dəstəyi qurum tərəfindən Baş qərargah səviyyəsində yüksək qiymətləndirilmişdir.
Eyni zamanda, qeyd edək ki, ölkəmizdə də 1 milyondan çox qaçqın və məcburi köçkün var. Onlardan 453 mindən çoxu qadın və 309 mindən çoxu isə uşaqlardır. 2019-cu il Ümumdünya Qaçqınlar Günü tədbirinin Bakıda təşkili üçün Azərbaycan Hökumətindən etibarlı dəstək almış BMT QAK “Qaçqınlarla bir addım atın” (#StepWithRefugees) devizi altında davam edən “Qaçqınlarla” kampaniyasının daha geniş təşviqi üçün Sizləri səfərbər olmağa çağırır. Addım atmaq hərfi mənada başa düşüldüyü kimi qaçqınlar üçün yerimək, qaçmaq, rəqs etmək, yaxud hər hansı bir şəkildə hərəkət etmək və hər bir hərəkətin ardınca qət olunan məsafələri BMT QAK-ın Ссылка internet səhifəsinə daxil olmaqla “2 milyard kilometr” kampaniyasına əlavə etmək ola bilər. Hər kəsi bu kampaniyaya dəstək olmağa dəvət edirik.
Ссылка – linkə daxil olub qeydiyyatdan keçə bilərsiz



Xəbərlər  Tarix:   11 İyun 2019 / 00:14


« Əvvəlki xəbər (5411 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR