Siyəzən rayonunun Yenikənd kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın

Siyəzən rayonunun Yenikənd kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası tərəfindən söndürülüb. Yanğının söndürülməsi işlərinə Rayon İcra Hakimiyyətinin yerli qüvvələri də cəlb edilib.
Yanğın nəticəsində 40 ha sahədə quru ot, kol-kos, 5 ha biçilmiş və 20 ha biçilməmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunub.



Xəbərlər  Tarix:   21 İyun 2019 / 00:25


« Əvvəlki xəbər (5388 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR