Baş Nazirin müavini Əli Əhmədov Özbəkistanın Baş Nazirinin müavini Aziz Abduxakimov ilə görüşüb

Azərbaycan və Özbəkistan arasında münasibətlər yüksək səviyyədədir. Ölkələrimiz arasında sıx dostluq əlaqələri var. İnanırıq ki, bu münasibətlər bundan sonra da davam edəcək.
Bu sözləri Azərbaycanın Baş Nazirinin müavini Əli Əhmədov Özbəkistanın Baş Nazirinin müavini Aziz Abduxakimov ilə görüşündə deyib. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərə toxunan Əli Əhmədov ölkəmizin iqtisadi sahədə əldə etdiyi nailiyyətlərdən də danışıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Baş Nazirin müavini Özbəkistanın bu məsələdə Azərbaycanın yanında olmasından məmnunluğunu ifadə edib.
Aziz Abduxakimov da, öz növbəsində, ölkələrimiz arasındakı əlaqələrin inkişafından danışıb. O bildirib ki, Azərbaycan beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası buna bariz nümunədir.



Xəbərlər  Tarix:   1 İyul 2019 / 18:19


« Əvvəlki xəbər (5314 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR